Bütün xəbərlər
Daha bir şair koronavirus şübhəsi ilə xəstəxanaya YERLƏŞDİRİLDİ
Tarix: 19-06-2020 00:36 | Bölmə: Ədəbiyyat

                   Daha bir şair koronavirus şübhəsi ilə xəstəxanayaYERLƏŞDİRİLDİ


Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya şair özü məlumat verib.
Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:
"Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".
Xatırladaq ki, bir neçə gün əvvəl yazıçı-şair Şəhriyar Del Gərani də koronavirusa yoluxmuşdu.


Baxış sayı: 727


Bölməyə aid digər xəbərlər