19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
Bütün xəbərlər
Tanınmış şair koronavirusa görə evdən çıxmır: Yoluxma təhlükəsi var
Tarix: 11-06-2020 22:47 | Bölmə: Ədəbiyyat
            


             

"Vaqif müəllim evdən çıxmır. Çox zəifdir, virusa yoluxma təhlükəsi var."
Bunu Azvision.az -a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, şairin səhhəti normaldır, karantin günlərini evdə keçirir.
"Bilirsiniz ki, Vaqif müəllim, Türkiyədə beynindən əməliyyat olunub, ürəyinə 3 stend qoyulub. İndi dərman qəbul edir. May-iyun aylarında yenidən Türkiyəyə müayinəyə getməli idik. Yollar bağlandı deyə qaldı. Həkimi ilə danışdıq. Azərbaycanda qan analizi verib cavablarını ona göndərəcəyik.
Həkim məsləhət bildi ki, yollar açılanadək dərmanları qəbul etməyə davam etsin. İndiki vəziyyətdə şairin harasa getməsi düzgün deyil, yoluxma təhlükəsi var. Evdən çıxmır. Amma özünü pis də hiss etmir. Balkonda gəzir, hava qəbul edir".

 





Baxış sayı: 791


Bölməyə aid digər xəbərlər
6-05-2026, 01:11 Sənət dastanı
25-04-2026, 10:02 Mənimdir -Vüqar Əhməd