Bütün xəbərlər
"Adam əsas AIlahın nəzərində dəyərli olsun, nankor bəndələrin ucuz komplimentləri qara qəpiyə belə dəyməz..."-JURNALİST ƏMRAH FƏQANOĞLUNUN XATİRƏLƏRİNDƏN BİRİ
Tarix: 17-04-2020 16:40 | Bölmə: Ədəbiyyat
Ötən illərin hadisəsidir. Ucqar rayonlardan birində, təbiət qoynunda yeyib -içmək məclisi təşkil olunmuşdu, iştirakçılar az əvvəl başa çatan regional tədbiriə qatılanlar idi -müxtəlif peşə sahibləri. Xoş ovqatda davam edən məclisdə sağlıqlar deyilir, qədəhlər toqquşdurulurdu. Nəhayət, məclisin yekununda söz məclisi təşkil edən baş həkimə verildi. Sərxoş olsa da, danışmaqda çətinlik çəkməyən doktor üzünü məclis əhlinə tutub dedi:
-Qardaşlar, yeyib -içdiniz, nuş olsun, bir -birinizin sağlığına badə qaldırdınız, lap yaxşı. Hamının sağlığına içdiniz, amma təkcə mən qaldım, halbuki bu kampaniyanı mən təşkil edib, xərcini də özüm çəkmişəm. Deyin görüm, hansınızdan əskikəm?
Məclisə ani sükut çökdü, amma az sonra yenə də hər kəs heç nə olmamış kimi deyib -gülməyə davam etdi.
Bəzilərinə çəkdiyim əziyyətin müqabilində adi təşəkkür eşitmədiyim halda, layiq olmayanlara yağdırdığı boğazdan yuxarı və məqsədli tərifləri görüncə həmişə o doktorun sualını xatırlayıram. Ardınca da deyirəm ki, adam əsas AIlahın nəzərində dəyərli olsun, nankor bəndələrin ucuz komplimentləri qara qəpiyə belə dəyməz...



Baxış sayı: 671


Bölməyə aid digər xəbərlər