18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Koronavirusun bizə öyrətdiyi üç hikmət-Şərif Ağayar
Tarix: 08-04-2020 03:49 | Bölmə: Ədəbiyyat

Sabaha-inamla.Az-Kulis.az-a istinadən Şərif Ağayarın pandemiya ilə bağlı yazdığı “Koronavirusun bizə öyrətdiyi üç hikmət” yazısını təqdim edir.
Pul hər şey deyilmiş
Böyük irfan bilicisi, füzulişünas alim Ələmdar Mahir əsrimizin əvvəllərində “Ədəbiyyat fondu”nun binasında təşkil etdiyi Füzuli məclislərinin birində dahi şairin divanının ilk qəzəlini bizə başa salarkən “Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda” misrasının üzərində söz-söz, cümlə-cümlə, əhvalat-əhvalat dayanmalı oldu. Misal kimi iki nüansı xatırladı. Biri, klassikadan, o biri, öz başına gələn...
Birinci nüans bu idi:Makedoniyalı İsgəndər topladığı var-dövlətlə öyündüyü zaman müəllimi Aristotel onun yanlış düşündüyünü söyləyir. İsgəndər qeyzlənir, deyir, necə yəni, mən bu qızılların, pulların hesabına ordu yaradıram və bütün dünyanı tuturam!
Aristotel təmkinini pozmur, deyir, susuzluqdan öldüyün an bütün var-dövlətini bir bardaq suya dəyişərsənmi? İsgəndər tutulur, uzun-uzun və qara-qara düşünəndən sonra suala səmimi cavab verir. Bu zaman dahi filosof gülümsəyir: “Bir bardaq suya dəyməyən var-dövlətinlə öyünmə!”
İkinci nüans bu idi:Həcc ziyarətində bir azərbaycanlı zəvvarların saçını qırxan bərbərə yaxınlaşıb 100 dollar çıxarır, deyir, məni növbənin əvvəlinə sal, dostlarımla birlikdə təvafa getməliyəm, çox gözləməsinlər. Adam gülür, deyir, mən bərbər deyiləm, Şərqin ən böyük holdinqlərindən birinin rəhbəriyəm və tanrının hüzurunda bərabər olmaq qaydasına əməl etmək üçün sənə 100 min dollar təklif edirəm!
Kəbə İslamda vəd olunan qiyamətin dünyanın öz xislətinə uyğun keçici metaforasıdır. Bir növ, filmin treyleri... Boyunlarda kəfən, əllərdə dəftər... Ora necə getmək, ordan necə gəlmək önəmli deyil, önəmli olan, Kəbə ətrafında ayaqqabı tikən bir bakılının İsveçrə banklarında 40 milyard dolları olan Qəddafi ilə ağ mələfədə çiyin-çiyinə gəlib eyni sözləri pıçıldamasıdır...
Siz Tanrı olsaydınız və bir gün qaçqın yataqxanasında siçovullarla birlikdə yaşayan Qənimət kişiylə Donald Ttrampın eyni hisslər keçirməsi, eyni qorxunu yaşaması, eyni insan olduğunu dərk etməsi üçün hansı fısqırığı çıxarardınız? Səmimi olsanız, koronavirusdan daha istedadlı bir şey ağlınıza gəlməyəcək.
Görəsən, Qənimət kişi koronavirusa tutulsaydı, sağalmaq üçün siçovullarla birgə yaşadığı o yataqxana otağını verərdimi?
Verərdi!
Tramp necə? Ölməmək üçün taxt-tacında imtina edərdimi?
Edərdi!
Əmin olun!
Və bu gün hər şeyin alınıb-satıldığını gizli-gizli bəyan edən kapitalizm trilyonlarla dollar qazancından imtina edir. Özü də bir təxmin uğrunda! Çünki imtina hələ başımıza gələn bəlanın mütləq sovuşacağı anlamına gəlmir. Sadəcə önləyici təşəbbüslərdən biridir.
Karl Marksı yeni bir epoxa yaratmağa sövq edən kapitalizmin hər şeyin alınıb satılması həqiqəti idi. Axı pul-paradan üstün dəyərlər də var və insan varlanmaq naminə onların hamısından imtina edirsə, dünya yaxşı yerə getmir.
Elə deyilmiş!
Budur, Aristotelin İsgəndərə nişan verdiyi bardağın hüzurunda bütün dünya dizlərini yerə atıb, əllərini qaldırıb...
Elm də, texnika da, neft də, nüvə silahları da, yeni planetləri işğal etməyə hazırlaşan ultramodern ordular da bir gözəgörünməzin əlində acizdir. İndi dünyanın peyğəmbəri Mendeleyevdir və spirtdən güclü heç nə yoxdur. Mendeleyev öz kəşfi ilə qövmünü səhradan sağ-salamat keçirməyə çalışan Musanı xatırladır.
İndi yaşamaq bir ibadətdir və biz spirtlə dəstəmaz alırıq. Dünyanın faniliyini, insanların nəinki tanrı, hətta göydən müjdə kimi gələn bir qara daş önündə bərabər olduğunu anons edən Kəbə sevinir sanki, işini bitirib yorğun-yorğun nəfəs alır, arada spirtlə ətirlənir.
Ev insanın qalasıdır
Mifə görə tanrı qara daşı göydən endirdi və Adəmə buyurdu ki, onun düşdüyü yerdə özünə ev tiksin. Adəm əmrə itaət edib dünyanın ilk evini – Kəbəni tikdi. Dəfələrlə uçulub dağılsa da Kəbə yenidən tikildi və zamanımıza qədər gəlib çatdı. Çünki, insan oğlu həmişə səma ilə öz arasını örtməyə ehtiyac duydu. Ya qəbirlə, ya evlə.
Zaman maşınına minib Qobustan qayalarına yazılar yazan əcdadlarımızın yanına getsək, incə bir nüansın şahidi olacağıq; vəziyyət müsaid olanda kişilər ova çıxır, ətrafdan yeməli bitkilər toplayır, lakin qəfil təhlükə ilə üzləşəndə qaçıb mağaraya sığınır. Nəhəng bir mamontun hücumundan, güclü qarın soyuğundan, yaxud yaxına düşən ildırımın vahiməsindən qaçıb gizlənməyə mağaradan – evdən yaxşı nə ola bilər?
İnsan insan olalı ev onun qalasıdır!
Etiraf edək ki, inkişaf etmiş ölkələrdə ev anlayışı klassik məzmunundan aralanmışdı. Uzağa getməyək, bizim tanınmış yazıçı Çingiz Abdullayev bir dəfə etiraf etmişdi ki, o qədər səfərlərdə olur, xanımı ilə çox zaman aeroportlarda görüşür.
Dövrümüzün insanı nəhəng evlər almağa, xalq dili ilə desək, bir yerə kül tökməyə o qədər də meylli deyil. Lütfən bütün oğlanlarına, xalası uşaqlarına, əmisi uşaqlarına, qudalarına eyni yerdə, eyni böyüklükdə, eyni dizaynda villalar tikdirən həmvətənlərimizi göz önünə gətirməyin. Söhbət sivil, inkişaf eləmiş, bu cür ibtidai acgözlük sindromunu adlamış adamlardan gedir. Bəli, məhz bu keyfiyyətləri əxz edən müasir insan çox yerdə yaşamaq istəyir, bir yerə bağlanıb qalmır. İşlərini internet vasitəsi ilə həyata keçirir və müxtəlif coğrafiyalarda yaşamağın dadını çıxarır. Beləliklə, klassik ev anlayışı tədricən unudulur. Evin nə olduğunu yalınız kasıb insanlar, bir də evsiz-eşiksizlər dərk edir.
Digər tərəfdən, modern insan ailəsi ilə vaxt keçirə bilmir. Dahi futbolçu Maradona öz həyatı haqqında danışanda bir şeyə çox təəssüfləndiyini bildirmişdi. Demişdi, var-dövlət, şan-şöhrət, əyləncə, içki və narkotika ailəmlə zaman keçirməyə imkan vermədi və mən övladlarımın necə böyüdüyünü müşahidə etmək səadətindən əbədi məhrum oldum. Bu, dəhşətli bir etirafdır və hamımız üçün həm də “SOS” siqnalıdır.
Liberal cəmiyyət nə qədər yeni, maraqlı alternativlər təklif etsə də, klassik ev və ailə modelindən imtina mümkün deyildir. Oxuduğumuz müasir kitablar da, baxdığımız müasir filmlər də bu məntiq ətrafında fırlanmaqdadır.
Biz evimizə döndük! Aeroportlardan, əyləncə, istirahət və alış-veriş mərkəzlərindən, kafe-restoranlardan yığışdıq.
Evin ən möhkəm qala, ailənin ən etibarlı institut olduğunu təzədən dərk etdik.
Günün qəhrəmanı evinə və ailəsinə sığınan, axıracan bu ortamı tərk etməyən, buna iradəsi çatan insanlar olacaq.
21-ci əsrin Nyu-Yorkundakı ev anlayışı 12 min il əvvəlin Qobustanındakı mağara anlayışı ilə inanılmaz dərəcədə üst-üstə düşdü. “İldırım çaxan kimi” bir nyu-yorklu biznesmen eynən adı məlum olmayan yarıçılpaq əcdadımız kimi öz mağarasına sığındı və çoxdan unutduğu bir hikməti bütün məziyyətləri ilə anlamış oldu.
Ölməyə vətən yaxşı
Məşhur tarixçi-yazar Noah Harari pandemiya ilə bağlı açıqlamasında çox faydalı bir tezis irəli sürdü. Dedi, bu gün dövlət sərhədləri anlayışı olmamalıdır, bu gün bircə sərhəd var, o da koronavirusla bəşəriyyət arasındadır.
Doğrudan da belədir. Əgər bütün insanlıq əlbir olmasa bəla uzun çəkəcək.
Bu həqiqəti dərk etdiyimiz halda hər yerdən öz vətəninə qaçan, xaricdəki rahat şəraitini atıb sərhəddəki karantin çadırlarını seçən yüzlərlə insan gördük. İstirahətini yarımçıq qoyub vətənə qayıdan nə qədər imkanlı ailələr oldu. Birdən, uzaqlarda ölərəm vahiməsi ilə...
Nə oldu bəs? Dünya hər kəsə vətən idi? Bəlkə, müalicə üçün Qərbə gedən varlılar da, İrana gedən kasıblar da “bu vadidə müşəxxəs olmad”ıqları üçün birlikdə anladılar ki, heç bir ölkə öz vətəndaşını qoyub xəstələrin sayı ilə uyğun gəlməyən oksigen balonunu onun ağzına taxmayacaq. Ola bilər, Azərbaycanda da belə olsun, hansısa imkanlı adama ayrı-seçkilik qoyulsun. Belə olsa belə qoy bu, vətəndə baş versin. Haqsızlıq vətəndə daha xəfif gəlir adama.
Koronavirusu çox şeyə bənzədirəm, lakin o, daha çox əlindəki çubuqla şagirdlərin başına vura-vura onları bir çox hikmətlərdən hali edən qorxunc müəllim kimi gəlir xəyalıma.
Evi qalaya çevirməliyik ki, vətəni evə çevirək.
Vətəni evə çevirməliyik ki, dünyanı vətənə çevirək.
Evimizi qalaya, vətənimizi evə, dünyanı vətənə çevirə bilsək, Hararinin dediyi o möhtəşəm sərhədi çəkməyi bacaracağıq.
Əks halda...
Əks hal olmasın, lütfən...
Baxış sayı: 815
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR