Bütün xəbərlər
KORONAVİRUSA HƏSR OLUNMUŞ ŞEİRLƏR-QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU)
Tarix: 03-04-2020 14:14 | Bölmə: Ədəbiyyat

Sabaha-inamla.Az Koronavirusla mübarizəni davam etdirir.Bu dəfə oxuculara Hüquqşünas, Şair QAFAROV ƏDALƏT İZZƏT OĞLUNUN (ƏROĞLU) KORONAVİRUSLA BAĞLI İKİ ŞEİRİNİ TƏQDİM EDİRİK:

KORONAVİRUS
(2020-ci ildə bəşəriyyətə gəlmiş bəlaya)


Dünyamızı “virus” basıb,
Tanımır varlı, həm də kasıb,
Kefim yoxdur, kədər basıb,
Zalım oldun, Koronavirus!

Gündəlik çörək qazanırdım,
Qələbə sevincli Yaz anırdım,
Qəpik-quruşla dolanırdım,
Zalım oldun, Koronavirus!

Ümüdləndim bir sabaha,
Gəlib batdın sən günaha,
İndi halım yoxdur daha,
Zalım oldun, Koronavirus!

Sən Çin ölkəsindən gəldin,
Şeytan kölgəsindən gəldin,
İblis nəfəsindən gəldin,
Zalım oldun, Koronavirus!

Saldın bizi yaman fəndə,
Köç eylədi neçə bəndə,
İnsaf yoxmu görən səndə?
Zalım oldun, Koronavirus!

Söz tapmıram danışmağa,
İş də yoxdur çalışmağa,
Qara günlə barışmağa,
Zalım oldun, Koronavirus!

Cah-cəlalda gözüm yoxdur,
Daha sənə, sözüm yoxdur,
Vallah, artıq dözüm yoxdur,
Zalım oldun, Koronavirus!

Sən bir daha gəlmə bizə,
Salaram səni dərə-düzə,
Söz deyənəm mən də üzə,
Zalım oldun, Koronavirus!

Ədalətəm, közüm çoxdur,
Alovluyam, sözüm oxdur,
Şair dözür, dözüm yoxdur,
Zalım oldun, Koronavirus!

KORONA-VİRUS
(Günün mövzusu)

Haylayıb hər kəsi evlərə yığdın,
Yamanca dərd oldun sən bizə, virus,
Kasıbı, varlını bir yerə yığdın,
Adın da böyükdür, KORONA-VİRUS.

Dağların başını duman alıbdır,
Sabaha ümüdüm, güman qalıbdır,
Yaxşı əməllər, iman, qalıbdır,
Adın da böyükdür, KORONA-VİRUS.

Sən Allah bu elə, obaya gəlmə,
And verirəm Rəbbimə, Tobaya, gəlmə,
Yandırıb ataram, sobaya, gəlmə,
Adın da böyükdür, KORONA-VİRUS.

Gündəlik işləyib çörək tapırdım,
Xəyalda yurduma gedib çatırdım,
Geçələr yuxuma zəhər qatırdım,
Adın da böyükdür, KORONA-VİRUS.

Sarımsaq tapılmır, “araq” içirəm,
Maraq da qalmayıb, yaman, içirəm,
Sənin də ölümünə kəfən biçirəm,
Adın da böyükdür, KORONA-VİRUS.

Sən dinlə şairi, gör nələr deyir,
İzzətoğlun dinləyib, görənlər deyir,
Gəlməsin ölkəmə, elimə, Virus,
Adın da böyükdür, KORONA-VİRUS.

QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
"Qızıl Qələm" Media Mükafatı Laureatı

29.03.2020




Baxış sayı: 1 129


Bölməyə aid digər xəbərlər