Bütün xəbərlər
“Bəlkə azadlığın dəyərini unutmuşduq?!”
Tarix: 02-04-2020 11:34 | Bölmə: Ədəbiyyat

                 “Bəlkə azadlığın dəyərini unutmuşduq?!”

“Günlərdir düşünürəm... Baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva instaqram səhifəsində yazıb. Məşhur müğənni COVİD-19 pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejimindən yazıb:
“Bəlkə azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeyi düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqdan düşünək. Daha dərindən düşünək.
İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək”.




Baxış sayı: 598


Bölməyə aid digər xəbərlər