16:11 / 26-09-2020
Yoluxanların sayı artdı
“Şərq-Qərb” nəşriyyatında Səməd Mənsurun “Şeirlər, felyetonlar, pyeslər” kitabı dərc edilib
Tarix: 22-01-2020 18:33 | Bölmə: Ədəbiyyat

Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Səməd Mənsurun “Şeirlər, felyetonlar, pyeslər”  kitabı dərc edilib. Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının sözlərinə görə, bu kitab bir çox xüsusiyyətlərinə görə dəyərli topludur: “Bilirsiniz ki, Səməd Mənsur imzası oxuculara “Həpsi rəngdir” şeiri ilə yaxşı tanışdır. Lakintəəssüfki, XX əsrin əvvəllərində yazıb-yaratmış bu istedadlı qələm sahibinin yaradıcılığı haqqında çox az məlumata sahibik. Bu səbəbdən də “Şərq-Qərb”də dərc edilən Səməd Mənsurun yeni “Şeirlər, felyetonlar, pyeslər” kitabıdəyərli bir mənbə olacaq.Toplu bir də o səbəbdən xüsusi əhəmiyyət kəsb edir ki, bura bu görkəmli Azərbaycan şairinin müxtəlif illərdə qələmə aldığı, dərc edilməmiş və Əlyazmalar İnstitutunun arxivində mühafizə olunan çox maraqlı əsərləri daxil edilmişdir”.
Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə dərc edilib. Tərtibçisi Sona Xəyal və Seyyid Əsri, ön sözün müəllifi isə AYB-nin katibi İlqar Fəhmidir.
Onu da qeyd edək ki, kitabla tanış olan oxucular Səməd Mənsuru yalnız şair kimi deyil, bir publisist və dramaturq kimi də kəşf edəcəklər.
Nərgiz Cabbarlı


Baxış sayı: 455


Bölməyə aid digər xəbərlər