18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
Mələk( Novella)-Gülnaz Abdullayeva
Tarix: 29-03-2018 10:47 | Bölmə: Ədəbiyyat
Bu gün onlar görüşəcəkdilər.Nəhayət ki,qadın onunla görüşməyə razılıq vermişdi.Dənizkənarı Milli Parkda yenicə açılmış restoranda baş tutacaqdı bu görüş.Dünən dostundan borca iyirmi manat pul almışdı.Maaşa hələ çox vardı.Bayram olduğu üçün maaşlar tez verilmişdi.Kişi maaşı alan kimi banka qaçmış, aylıq borcunu ödəmişdi.Evin xərclərini çıxandan sonra cibində cəmi on iki manat pul qalmışdı.Sevinirdi ki ,otuz iki manatı var.Bu pulla babat yeyib - içə bilərdi. Gözləyirdi.Dəqiqələr yaxınlaşdıqca narahatlığı artırdı.Özünü gəncliyində olduğu kimi hiss edirdi...Otuz dörd il əvvəl indiki arvadı ilə ilk görüşlərində belə hiss etmişdi özünü.Kənara çəkilib siqaret yandırdı.
Son günlər maddi durumu getdikcə çətinləşirdi. Ailənin bütün problemləri onun üstündə idi.Hövsələsiz olmuşdu.Və belə bir vaxtda sosial şəbəkədə bir qadınla tanış oldu.Əvvəlcə qadının profildəki şəkilinə görə ona dostluq göndərmişdi.
- Salam - yazdı qadına.Dostluğumu qəbul etdiyinizə görə minnətdaram.
- Buyurun- yazdı qadın.
- Necəsiz?
- Tşk- cavabı gəldi.
Çox istəyirdi qadın da onun necə olduğunu soruşsun.Soruşmadı.Köksünü ötürdü.Əli əsə- əsə:
- Düzdür,qadından yaş soruşmazlar,neçə yaşınız var?- yazdı.
Aldığı cavabdan diksindi:
- 72
- Bəs o profildəki şəkil ...?
Qadın gülən smayl göndərdi:
- Onu internetdən yükləmişəm.
- Düz eləmisən...
Sonrakı günlər sosial şəbəkəyə girən kimi qadının səhifəsinə girir, bir cümləni ,bir nöqtəni belə nəzərdən qaçırmırdı.Statuslar,şeirlər xoşuna gəlirdi.Amma nəsə ona rahatlıq vermirdi." Yaş söhbəti".Şəxsidə tez- tez qadınla həmsöhbət olurdu.Hiss edirdi ki, yaşlı bu qadının hər sözündən kübarlılıq,ləyaqət yağır.Qadın onu dinləyir,özü isə çox az danışırdı...
Artıq ildən yuxarı idi danışırdılar. Demək qadın bir yaş da qocalmışdı.Ürəyi sıxılırdı.Qadının ailəsi haqqında verdiyi suallara cavab ala bilmirdi.Təkcə nəvələrinin böyük olduğunu demişdi ona qadın.Hiss edirdi ki,bu qadına ehtiyacı var.Dinləməyi bacarırdı.Sözləri onun tarıma çəkilmiş əsəblərinə su çiləyirdi sanki...Problemlərini bilirdi artıq o qadın.Dünən isə qadın söz vermişdi ki,onunla görüşəcək.Görüş yerini də özü demişdi.O, bu restoranın adını ilk dəfə eşidirdi.Cibindəki pul yadına düşdü .Heç özü də bilmirdi qoca qadınla görüşüb ona nə deyəcəkdi? Bu görüş onun nəyinə lazım idi,heç özü də bilmirdi.
Yanında maşın saxladı.Başını qaldırıb baxdı .Sürücü xarici maşından düşüb arxa qapını açdı. Ucaboylu xanım düşüb ətrafa baxdı.Kişi diksindi, əlindəki siqaretin kötüyünü zibil qutusuna atdı.Diqqətlə qadına baxdı.Bu o, idi.Profildə şəkli olan qadın.Qadın yaxınlaşdı:
- Siz......?
- Bəli,mənəm.
Maşının sürücüsü diqqətlə onlara baxdı.Qadın əli ilə restoranı göstərdi.Kişi diksindi.Qadın irəlidə gedir,kişi cibindəki pullara toxunur,onların yerində olub - olmadığını yoxlayırdı.
Kişi hiss etdi ki,sürücü arxalarınca gəlir.Budur, o,irəli keçib qapını açdı.Restoranda lövhəcik qoyulmuş stola yaxınlaşdılar. Dərhal əlində menyu tutmuş ofisant onlara yaxınlaşdı.Kişinin ürəyi əsdi. Restorana göz gəzdirib " ah " çəkdi.Özünü qınadı.Sürücü bir stol aralıda oturub yemək sifariş verdi.Kişi udqundu:
- Düzünü desək, mən heç acımamışam.-bunu o, yalan dedi.
Qadın gülümsədi:
- Yeməlisiz... Nə vaxt idi mənim kimliyimi bilmək istəyirsiz...Budur ,mən gəldim! Kişi çaşıb qalmışdı.
- Siz o qadının nəyisiz? Fbda danışdığım qadının...
Qadın gülümsədi.
Kişi istədi qadının ailəsi haqqında soruşsun.Soruşmadı.Qadına baxdı.Qara gözləri,uzun kirpikləri gözəl simasına yaraşıq verirdi.Sürücü heç onlara tərəf baxmırdı da.Bir azdan stolun üstünə yeməklər düzüldü.Kişi bir yeməklərə baxdı,cibindəki pulu xatırlayıb köksünü ötürdü.Ani nə fikirləşdisə gülümsədi.Ad günündə kürəkəni ona telefon bağışlamışdı.Onu gizlincə ofisanta verəcəyini fikirləşdi.Maaşda pulu ödəyər ,telefonu qaytarardı.Rahat nəfəs alıb əlini yeməyə uzatdı.
Hərdən gözaltı qadının yemək yeməyinə baxırdı.Ona elə gəlirdi ki,bu qadın Mələkdir,göylərdən enib.O qadına ,qadın isə qarşısındakı şirə süzülmüş piyaləyə baxırdı.Bu qadını harada isə görmüşdü...Bəs harada?
Kişi yeyir,qadın isə kədərli gözlərlə divardakı rəsmə baxırdı.Kişi arxaya qanrılıb qadının baxdığı istiqamətə baxdı. Qadın divardan asılmış tabloya baxırdı.Rəsmdə fırtınalı dəniz və sahildəki qayalıqda dayanıb diqqətlə dənizə baxan qadın təsvir olunmuşdu.Qadın gözləyirdi.Kimi?
Sükutu qadının səsi pozdu:
- Bilirsiz,əslində sizi bura çağırmaqda məqsədim var...Sizə bir iş təklif etmək istəyirəm ...Mən rəssamam.Payızda sərgim açılacaq.
Kişi çəngəli boşqaba qoydu.Maraqla qadının nə deyəcəyini gözlədi.
- Mən sizin portretinizi çəkmək istəyirəm .Bunun üçün gündə bir neçə saat qarşımda əyləşməlisiz.Sizə avans kimi min manat verəcəm.
Kişi udqundu.Yuxuda olduğunu zənn etdi.Yox,bu yuxu deyildi.Qadın çantasından zərfi çıxarıb kişiyə uzatdı.
- Bəs işə nə vaxt başlayacağıq.?
- Mən sizə yazaram.
Sürücü ofisanta nəsə dedi.Ofisant az keçməmiş qayıdıb hesabı ona uzatdı.Sürücü hesabı ödəyib xanıma baxdı.Qadın ayağa qalxıb restorandan çıxdı.Kişi yuxuda olmadığına əmin olmaq üçün qolunu çimdiklədi.Yox , yuxu deyildi...Qadın incə əlini uzadıb sağollaşdı:
- İnanıram ki,uğurlu bir iş alınacaq.
Sonra maşına minib uzaqlaşdı.Kişi fəxrlə əlini seyrəkləşməkdə olan saçlarında çəkdi.Görəsən qadın onu necə çəkəcəkdi?Hansı vəziyyətdə?Əlindəki zərfi bərk - bərk sıxdı.
Evə qayıdıb kompyüteri yandırdı.Mesaj qutusuna girib bayaq deyə bilmədiklərini yazdı qadına.Istədi ondan çox xoşu gəldiyini yazsın.Qadın orada deyildi.Bütün gecəni qadını gözlədi.
Sonrakı günlərdə də belə oldu.
Amma qadın bir daha görünmədi.Mələk sanki öz yerinə- göylərə çəkilmişdi.
Gülnaz Abdullayeva
Baxış sayı: 1 511
Bölməyə aid digər xəbərlər
Tarix: 29-03-2018 10:47 | Bölmə: Ədəbiyyat
Bu gün onlar görüşəcəkdilər.Nəhayət ki,qadın onunla görüşməyə razılıq vermişdi.Dənizkənarı Milli Parkda yenicə açılmış restoranda baş tutacaqdı bu görüş.Dünən dostundan borca iyirmi manat pul almışdı.Maaşa hələ çox vardı.Bayram olduğu üçün maaşlar tez verilmişdi.Kişi maaşı alan kimi banka qaçmış, aylıq borcunu ödəmişdi.Evin xərclərini çıxandan sonra cibində cəmi on iki manat pul qalmışdı.Sevinirdi ki ,otuz iki manatı var.Bu pulla babat yeyib - içə bilərdi. Gözləyirdi.Dəqiqələr yaxınlaşdıqca narahatlığı artırdı.Özünü gəncliyində olduğu kimi hiss edirdi...Otuz dörd il əvvəl indiki arvadı ilə ilk görüşlərində belə hiss etmişdi özünü.Kənara çəkilib siqaret yandırdı.Son günlər maddi durumu getdikcə çətinləşirdi. Ailənin bütün problemləri onun üstündə idi.Hövsələsiz olmuşdu.Və belə bir vaxtda sosial şəbəkədə bir qadınla tanış oldu.Əvvəlcə qadının profildəki şəkilinə görə ona dostluq göndərmişdi.
- Salam - yazdı qadına.Dostluğumu qəbul etdiyinizə görə minnətdaram.
- Buyurun- yazdı qadın.
- Necəsiz?
- Tşk- cavabı gəldi.
Çox istəyirdi qadın da onun necə olduğunu soruşsun.Soruşmadı.Köksünü ötürdü.Əli əsə- əsə:
- Düzdür,qadından yaş soruşmazlar,neçə yaşınız var?- yazdı.
Aldığı cavabdan diksindi:
- 72
- Bəs o profildəki şəkil ...?
Qadın gülən smayl göndərdi:
- Onu internetdən yükləmişəm.
- Düz eləmisən...
Sonrakı günlər sosial şəbəkəyə girən kimi qadının səhifəsinə girir, bir cümləni ,bir nöqtəni belə nəzərdən qaçırmırdı.Statuslar,şeirlər xoşuna gəlirdi.Amma nəsə ona rahatlıq vermirdi." Yaş söhbəti".Şəxsidə tez- tez qadınla həmsöhbət olurdu.Hiss edirdi ki, yaşlı bu qadının hər sözündən kübarlılıq,ləyaqət yağır.Qadın onu dinləyir,özü isə çox az danışırdı...
Artıq ildən yuxarı idi danışırdılar. Demək qadın bir yaş da qocalmışdı.Ürəyi sıxılırdı.Qadının ailəsi haqqında verdiyi suallara cavab ala bilmirdi.Təkcə nəvələrinin böyük olduğunu demişdi ona qadın.Hiss edirdi ki,bu qadına ehtiyacı var.Dinləməyi bacarırdı.Sözləri onun tarıma çəkilmiş əsəblərinə su çiləyirdi sanki...Problemlərini bilirdi artıq o qadın.Dünən isə qadın söz vermişdi ki,onunla görüşəcək.Görüş yerini də özü demişdi.O, bu restoranın adını ilk dəfə eşidirdi.Cibindəki pul yadına düşdü .Heç özü də bilmirdi qoca qadınla görüşüb ona nə deyəcəkdi? Bu görüş onun nəyinə lazım idi,heç özü də bilmirdi.
Yanında maşın saxladı.Başını qaldırıb baxdı .Sürücü xarici maşından düşüb arxa qapını açdı. Ucaboylu xanım düşüb ətrafa baxdı.Kişi diksindi, əlindəki siqaretin kötüyünü zibil qutusuna atdı.Diqqətlə qadına baxdı.Bu o, idi.Profildə şəkli olan qadın.Qadın yaxınlaşdı:
- Siz......?
- Bəli,mənəm.
Maşının sürücüsü diqqətlə onlara baxdı.Qadın əli ilə restoranı göstərdi.Kişi diksindi.Qadın irəlidə gedir,kişi cibindəki pullara toxunur,onların yerində olub - olmadığını yoxlayırdı.
Kişi hiss etdi ki,sürücü arxalarınca gəlir.Budur, o,irəli keçib qapını açdı.Restoranda lövhəcik qoyulmuş stola yaxınlaşdılar. Dərhal əlində menyu tutmuş ofisant onlara yaxınlaşdı.Kişinin ürəyi əsdi. Restorana göz gəzdirib " ah " çəkdi.Özünü qınadı.Sürücü bir stol aralıda oturub yemək sifariş verdi.Kişi udqundu:
- Düzünü desək, mən heç acımamışam.-bunu o, yalan dedi.
Qadın gülümsədi:
- Yeməlisiz... Nə vaxt idi mənim kimliyimi bilmək istəyirsiz...Budur ,mən gəldim! Kişi çaşıb qalmışdı.
- Siz o qadının nəyisiz? Fbda danışdığım qadının...
Qadın gülümsədi.
Kişi istədi qadının ailəsi haqqında soruşsun.Soruşmadı.Qadına baxdı.Qara gözləri,uzun kirpikləri gözəl simasına yaraşıq verirdi.Sürücü heç onlara tərəf baxmırdı da.Bir azdan stolun üstünə yeməklər düzüldü.Kişi bir yeməklərə baxdı,cibindəki pulu xatırlayıb köksünü ötürdü.Ani nə fikirləşdisə gülümsədi.Ad günündə kürəkəni ona telefon bağışlamışdı.Onu gizlincə ofisanta verəcəyini fikirləşdi.Maaşda pulu ödəyər ,telefonu qaytarardı.Rahat nəfəs alıb əlini yeməyə uzatdı.
Hərdən gözaltı qadının yemək yeməyinə baxırdı.Ona elə gəlirdi ki,bu qadın Mələkdir,göylərdən enib.O qadına ,qadın isə qarşısındakı şirə süzülmüş piyaləyə baxırdı.Bu qadını harada isə görmüşdü...Bəs harada?
Kişi yeyir,qadın isə kədərli gözlərlə divardakı rəsmə baxırdı.Kişi arxaya qanrılıb qadının baxdığı istiqamətə baxdı. Qadın divardan asılmış tabloya baxırdı.Rəsmdə fırtınalı dəniz və sahildəki qayalıqda dayanıb diqqətlə dənizə baxan qadın təsvir olunmuşdu.Qadın gözləyirdi.Kimi?
Sükutu qadının səsi pozdu:
- Bilirsiz,əslində sizi bura çağırmaqda məqsədim var...Sizə bir iş təklif etmək istəyirəm ...Mən rəssamam.Payızda sərgim açılacaq.
Kişi çəngəli boşqaba qoydu.Maraqla qadının nə deyəcəyini gözlədi.
- Mən sizin portretinizi çəkmək istəyirəm .Bunun üçün gündə bir neçə saat qarşımda əyləşməlisiz.Sizə avans kimi min manat verəcəm.
Kişi udqundu.Yuxuda olduğunu zənn etdi.Yox,bu yuxu deyildi.Qadın çantasından zərfi çıxarıb kişiyə uzatdı.
- Bəs işə nə vaxt başlayacağıq.?
- Mən sizə yazaram.
Sürücü ofisanta nəsə dedi.Ofisant az keçməmiş qayıdıb hesabı ona uzatdı.Sürücü hesabı ödəyib xanıma baxdı.Qadın ayağa qalxıb restorandan çıxdı.Kişi yuxuda olmadığına əmin olmaq üçün qolunu çimdiklədi.Yox , yuxu deyildi...Qadın incə əlini uzadıb sağollaşdı:
- İnanıram ki,uğurlu bir iş alınacaq.
Sonra maşına minib uzaqlaşdı.Kişi fəxrlə əlini seyrəkləşməkdə olan saçlarında çəkdi.Görəsən qadın onu necə çəkəcəkdi?Hansı vəziyyətdə?Əlindəki zərfi bərk - bərk sıxdı.
Evə qayıdıb kompyüteri yandırdı.Mesaj qutusuna girib bayaq deyə bilmədiklərini yazdı qadına.Istədi ondan çox xoşu gəldiyini yazsın.Qadın orada deyildi.Bütün gecəni qadını gözlədi.
Sonrakı günlərdə də belə oldu.
Amma qadın bir daha görünmədi.Mələk sanki öz yerinə- göylərə çəkilmişdi.
Gülnaz Abdullayeva
Baxış sayı: 1 511
Bölməyə aid digər xəbərlər
22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib













