22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
28 mart-mərhum iqtisadçı-şair Faiq Sirdaşın doğum günüdür
Tarix: 29-03-2018 01:07 | Bölmə: Ədəbiyyat
Faiq (Sirdaş)Mobil oğlu Həsənov 1946-cı il mart ayının 28-də Gəncə şəhərində,ziyalı ailəsində göz açıb dünyaya. Şərq təqviminə inananlar üçün 1946-cı ildə doğulanların hamısı kimi onun da təbiəti Boz qurdun ümumi anlayışına yaxındır.
Faiq Həsənov 1965-ci ildə kamal attestatı,1971-ci ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun diplomunu alıb.
O,1971-1972-ci illərdə hərbi xidmətdə olub.
F.Həsənov 1972-ci ildən Azərbaycan Dövlət Plan Komitəsində iqtisadçı vəzifəsində işləyib.
İqtisadiyyat sahəsindəki fəaliyyəti ilə yanaşı Azərbaycan tarixinin və incəsənətinin ayrı-ayrı sahələrinin  ilk qaynaqlarını axtarıb-arayıb,onların inkişaf mərhələlərini tədqiq edib. O,Bakı şəhəri və Qız qalasının tarixi barədə bir neçə sanballı,əsaslı yazılar dərc etdirib.
O,1988-ci ildə xalq azadlıq hərəkatına qoşulub,”Vətən ocağı” Partiyasını yaradıb.1992-ci ildə o,”Azərbaycan-Ukrayna”cəmiyyətini yaradıb və həmin cəmiyyətin prezidenti olub.
1994-cü ildə onun  Faiq Sirdaş təxəllüsü ilə “Qəmini yel aparsın” şeirlər kitabı işıq üzü görüb.
1989-cu il may ayının 28-də Yazıçılar Birliyinin üzvü,iqtisadçı-şair Faiq(Sirdaş) Həsənov komendat saatı və fövqəladə vəziyyət vaxtı Qız qalasının başına çıxaraq üçrəngli bayrağımızı orda dalğalandırmışdı. İndi həmin bayraq İstiqlal muzeyində saxlanılır.
Allah rəhmət eləsin.Ruhu şad olsun.Qəbri nurla dolsun!
Sabaha-inamla.AZ










Baxış sayı: 1 911


Bölməyə aid digər xəbərlər