Bütün xəbərlər
Bakıda rusiyalı şairənin imza günü keçirilib
Tarix: 11-11-2019 14:55 | Bölmə: Ədəbiyyat
Park Bulvarda "Əli və Nino" kitab mağazasında məşhur rusiyalı şairə Yekaterina Xlebnikovanın oxucularla görüşü və "Çalarlar" ("Оттенки") kitabının imza günü keçirilib. Görüşdə şairlər, yazıçılar QHT və KİV nümayəndələri iştirak ediblər. "Əli və Nino" kitab mağazası tərəfindən təşkil edilən tədbirdə rusiyalı şairə öz səmimi fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan ədəbiyyatını Məsihinin əvəzsiz poeması "Vərqa və Gülşa" poeması ilə tanıyıb, heyran olub və bundan sonra Azərbaycana bir neçə dəfə səfər edərək bu ölkə haqqında şeirlər yazıb. Tədbirdə Yekaterina Xlebnikova oxuculara "Çalarlar" ("Оттенки") kitabını imzalayaraq hədiyyə edib. Görüş oxucular tərəfindən maraqla qarşılanıb.
Fuad Hüseynzadə



Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər