Bütün xəbərlər
İrana qarşı 11-ci zərbə dalğasının başa çatdığını elan etdi
Tarix: 22-07-2026 08:29 | Bölmə: Dünya


 ABŞ hərbi qüvvələri İrana qarşı ardıcıl 11-ci zərbə seriyasını başa çatdırdı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
CENTCOM qüvvələri İranın hərbi əməliyyat mərkəzlərinə, dəniz obyektlərinə, təyyarə anqarlarına, dron saxlama obyektlərinə və hərbi logistika infrastrukturuna zərbələr endirib.
HESABATDA DEYİLİR.
CENTCOM qeyd edib ki, hücumların əsas məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini azaltmaqdır.
Hesabatda həmçinin qeyd olunur ki, son üç ay ərzində İran bu beynəlxalq su yolundan keçən 30-dan çox kommersiya gəmisinə hücum edib.
İranın təcavüzünə baxmayaraq, Hörmüz boğazı kommersiya tranziti üçün açıq qalır. May ayının əvvəlindən bəri Mərkəzi Komandanlıq qüvvələri təxminən 900 kommersiya gəmisinin və 450 milyon barel xam neftin tranzitini dəstəkləyib.
Daha əvvəl İranın Xatəm əl-Ənbiya hərbi komandanlığının Mərkəzi Qərargahı bildirmişdi ki, ABŞ ordusu İranın nüvə obyektlərinə zərbə endirərsə, Tehran Vaşinqtonun və onun müttəfiqlərinin bölgədəki bütün "maraqlarına" hücum edəcək.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər