Bütün xəbərlər
Meksikada naməlum hücumçular şəhər merini öldürdülər
Tarix: 02-11-2025 16:50 | Bölmə: Dünya

"El País" qəzetinin məlumatına görə, Uruapan şəhərinin meri Karlos Manso Meksikada öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Manso Miçoakan ştatında Ölülər Günü şənlikləri zamanı yaralanıb. Hücumçular şəhər meydanında onun kortejinə atəş açıblar. Hadisə merin Şam Festivalındakı çıxışından sonra baş verib. Mansodan əlavə, şəhər şurasının üzvü və onun mühafizəçilərindən biri yaralanıb.
Mer xəstəxanaya yerləşdirilib, lakin orada ölüb. O, 40 yaşında idi.
Polis iki şübhəlini saxlayıb. Digər şübhəli isə öldürülüb.
Karlos Manso narkotik kartellərinə qarşı mübarizəsi ilə tanınırdı. O, Xalisko Yeni Nəsil qrupuna qarşı mübarizəyə diqqət yetirib. Yayın sonunda cinayətkar qrupun şübhəli lideri Rino ləqəbli Rene Belmonte tutulub. Bütün bunlarla əlaqədar olaraq, Karlos Manso dəfələrlə federal səviyyədə müdafiə tələb edib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər