Bütün xəbərlər
Fransada neft tankeri qanunu pozmaqda şübhəli bilinərək saxlanılıb
Tarix: 01-10-2025 22:30 | Bölmə: Dünya

"Boracay" neft tankeri Fransa sahillərində Danimarkada pilotsuz uçuş aparatına qoşulmaqda şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Le Figaro”nun məlumatına görə, gəmi Rusiya limanından yola düşüb və Fransa sahillərində Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ekipaj tankerin mənsubiyyəti barədə məlumat verməyib.
Qəzet yazır ki, tanker bir neçə gündür ki, Sen-Nazer sahillərində dayanıb.
"Boracay"ın adı Danimarkada naməlum dronlarla bağlı aparılan araşdırmada çəkilir.
Bir neçə gün əvvəl Danimarka hərbçiləri ölkənin səmasında Karup Hərbi Hava Bazasının və digər hərbi obyektlərin yaxınlığında pilotsuz uçuş aparatlarının göründüyünü bildirib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər