Bütün xəbərlər
Türkiyə Ukraynada sülh prosesi üçün daha çox məsuliyyət daşımağa hazırdır
Tarix: 30-09-2025 22:36 | Bölmə: Dünya

Türkiyə Təhlükəsizlik Şurası Ukraynada sülh prosesi üçün "daha çox məsuliyyət daşımağa" hazır olduğunu bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Bəyanatda, o cümlədən, “mövcud vəziyyətin qiymətləndirilməsi aparıldığı” və “hadisələrlə bağlı narahatlıq ifadə edildiyi” bildirilib. Lakin konkret hadisələr göstərilməyib.
"Türkiyənin sülhün bərqərar olması üçün daha çox məsuliyyət daşımağa hazır olduğu bildirilib", - hesabatda qeyd olunub.
Sentyabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna sülh prosesindəki fasilə Kiyevin dialoqu davam etdirmək istəməməsi ilə bağlıdır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər