Bütün xəbərlər
Tramp Miçiqan kilsəsində atışmadan sonra ABŞ-da zorakılıq epidemiyasına son qoymağa çağırıb
Tarix: 28-09-2025 22:33 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkədə zorakılıq epidemiyasına son qoyulmalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Miçiqandakı Mormon kilsəsində baş verən atışmadan sonra "Truth Social" səhifəsində yazıb.
Tramp hadisənin ABŞ-da xristianlara qarşı növbəti hədəf hücumu olması ehtimalını istisna etməyib. O, Ağ Evin hadisənin bütün təfərrüatları barədə ictimaiyyəti məlumatlandıracağına söz verib.
"Bu arada qurbanlar və onların ailələri üçün dua edin. Ölkəmizdəki bu zorakılıq epidemiyasına dərhal son qoyulmalıdır", - Ağ Ev prezidenti yazıb.
Hadisə Qran Blandakı İsa Məsihin Son Zamanlar Kilsəsində baş verib, bir neçə nəfər yaralanıb. Atıcı zərərsizləşdirilib və ictimaiyyət üçün heç bir təhlükə yoxdur. Hücum edənin motivi açıqlanmır.



Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər