Bütün xəbərlər
Finlandiya prezidenti Stubb: "Qərb Rusiya ilə müharibə aparmır"
Tarix: 28-09-2025 19:14 | Bölmə: Dünya

Qərb ölkələri Rusiya ilə müharibə aparmır. Finlandiya prezidenti Aleksandr Stubb belə bir fikirdədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, CNN telekanalına müsahibəsi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 nazirlərinin görüşündə dediklərini şərh edib. Daha sonra rusiyalı diplomat bəyan edib ki, NATO və Avropa Ukrayna böhranı vasitəsilə Rusiyaya müharibə elan edib.
"Biz Rusiya ilə müharibə aparmırıq", - Stubb qeyd edib.
Finlandiya lideri daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Kiyev üçün təhlükəsizlik təminatlarını hazırlayarkən Rusiyanın maraqlarını nəzərə almaq niyyətində deyil.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər