Bütün xəbərlər
Cənubi Koreya Xarici İşlər Nazirliyi Lavrovdan Rusiyadakı Koreya şirkətlərinə dəstək verməsini istəyib
Tarix: 27-09-2025 09:56 | Bölmə: Dünya

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə Moskvadan Rusiyada mövcudluğunu saxlayan “Cənubi Koreya şirkətlərinin işi üçün əlverişli şərait” yaratmağı xahiş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Lavrov və Ço Hyun arasında görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.Cənubi Koreya nümayəndəsi qeyd edib ki, Respublika sülhü və dünyada gərginliyin azaldılmasını dəstəkləyir.
Eyni zamanda, nazir Moskvanı KXDR ilə hərbi əməkdaşlığı dayandırmağa çağırıb. Lavrov cavab verib ki, ABŞ Şimali Koreyaya qarşı fəal hərbi təxribatlar törədir.
Ço Hyun Cənubi Koreya şirkətlərinin Rusiyada işləməsi üçün əlverişli şərait də istəyib.
Daha əvvəl bildirilmişdi ki, 2025-ci ilin yanvar-avqust aylarında Cənubi Koreyadan Rusiyaya işlənmiş avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 88% artaraq 61 573 ədədə çatıb. Cənubi Koreyanın avtomobil nəhəngləri də Rusiya bazarına qayıdıblar. KGM (keçmiş SsangYong) Rusiyada yeni modellərinin rəsmi satışlarını bərpa edib.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər