Bütün xəbərlər
İranın vitse-prezidenti İranın nüvə obyektlərinə zərbələri qeyri-qanuni adlandırıb
Tarix: 26-09-2025 16:12 | Bölmə: Dünya

İslam Respublikasının vitse-prezidenti və İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd Eslami “Rossiya 24” telekanalına müsahibəsində ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin qəddar və qeyri-qanuni olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, İranın bütün nüvə obyektlərinin MAQATE də daxil olmaqla ən ciddi nəzarət altında işlədiyini vurğulayıb.
"Bunlar ABŞ və İsrailin amansız, məntiqsiz hücumları idi. Biz heç bir qanunsuz addım atmadıq. Biz hamımız qanuni hüquqlarımız çərçivəsində çalışdıq. Onların etdikləri isə tamamilə qeyri-qanunidir, tamamilə qəbuledilməzdir", - Eslami bildirib.
İranın vitse-prezidenti qeyd edib ki, nüvə obyektlərinə istənilən zərbə ziyan vurur. Bununla belə, bombardmanlar nüvə infrastrukturunu məhv edə bilmədi və ölkə nüvə texnologiyasını inkişaf etdirməklə bağlı dinc planından dönməyəcək.
13 iyun 2025-ci ildə İsrail İranın nüvə obyektlərinə hücum etdi. Daha sonra iyunun 22-də ABŞ ordusu İslam Respublikasının nüvə sənayesinə qarşı kütləvi zərbələr endirib.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər