Bütün xəbərlər
Rumıniya prezidenti Dan münaqişənin Ukraynadan kənara da yayılma ehtimalının az olduğunu deyib
Tarix: 26-09-2025 15:19 | Bölmə: Dünya

Hərbi münaqişənin Ukrayna ərazisindən kənara da genişlənməsi bu gün son dərəcə mümkün deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rumıniya prezidenti Nikuzor Dan deyib.
O, bəyan edib ki, Rumıniya Moskvanı “içində saxlayır” və guya sabitliyi qorumaq üçün xüsusi tədbirlər görür.
“Hərbi münaqişənin Ukraynadan kənara da yayılma ehtimalı son dərəcə aşağıdır”, - dövlət başçısı "Digi24" telekanalına müsahibəsində qeyd edib.
Dan həmçinin bildirib ki, o, Rusiyanın NATO-ya üzv dövlətlərə mümkün hücumunun əlamətlərini görmür.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında Ukrayna böhranının hərbi yolla deyil, danışıqlar masası arxasında həll olunacağı ilə bağlı fikirlərini bildirib.



Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər