Bütün xəbərlər
Vaşinqton şəhərinin mərkəzində Rusiya bayrağı ilə foto paylaşıb
Tarix: 26-09-2025 09:50 | Bölmə: Dünya

“Vaşinqton Kapitals” klubunun rusiyalı xokkeyçisi Aleksandr Oveçkinin həyat yoldaşı Anastasiya Şubskaya İnstaqramda (Rusiyada qadağandır) Rusiya bayrağı ilə şəkil yerləşdirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, şəkli Vaşinqtonun mərkəzindəki Dünya Bankının baş qərargahında çəkib.
Bina Ağ Evin yaxınlığında yerləşir.
Oveçkin 2005-ci ildən “Vaşinqton Kapitals”da oynayır. 2025-ci ilin aprelində o, Ueyn Qretzkinin NHL-də adi mövsüm qol rekordunu qıraraq ümumi sayını 897-yə çatdırdı. 2018-ci ildə rusiyalı forvard klubla birlikdə Stenli Kubokunu qazanaraq pley-offun MVP-si oldu.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər