Bütün xəbərlər
6,2 bal gücündə zəlzələ baş verib
Tarix: 25-09-2025 06:13 | Bölmə: Dünya

ABŞ Geoloji Xidməti (USGS) məlumat verib ki, Venesuelada 6,2 bal gücündə zəlzələ baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zəlzələ Venesuelanın Mene Qrande şəhərindən 24 km şimal-şərqdə UTC vaxtı ilə saat 22:21-də (Əlaqələndirilmiş Universal Vaxt) baş verib.
Zəlzələnin ocağı 7,8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Səlahiyyətlilər sunami ilə bağlı xəbərdarlıq etməyiblər.



Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər