Bütün xəbərlər
G1: Tanınmış Çinli memar Yu Kongjian Braziliyada təyyarə qəzasında öldü
Tarix: 24-09-2025 20:39 | Bölmə: Dünya

Tanınmış çinli landşaft memarı Yu Kongjian Braziliyada təyyarə qəzasında həlak olub, G1 xəbər portalı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Kongjian dünyanın bir çox ölkələrində istifadə olunan “süngər şəhər” konsepsiyasını hazırlamaqla məşhurlaşıb.
Məqalədə deyilir: "Dünyanın ən böyük memarlarından biri də daxil olmaqla dörd nəfər Pantanal kəndi Mato Qrosso do Sulda kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub".
Yanğınsöndürmə və polisin məlumatına görə, bütün qurbanların şəxsiyyəti müəyyən edilib. Təyyarədə memarla yanaşı, iki braziliyalı sənədli film rejissoru və pilot da olub. Faciənin səbəbləri araşdırılır.
Pantanal dünyanın ən böyük bataqlıq ərazisidir. Braziliyanın cənub-qərbində yerləşir.



Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər