Bütün xəbərlər
Nyu-York polisi Ərdoğanın yolu keçməsinə mane olub
Tarix: 24-09-2025 20:36 | Bölmə: Dünya

Nyu-York polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinin kortejə görə yolu keçməsinə mane olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Associated Press" hadisənin videosunu dərc edib.
Hüquq-mühafizə orqanları Türkiyə nümayəndə heyətinə yolun hərəkət hissəsinin təmiz saxlanması lazım olduğunu izah edib, bundan sonra bir neçə limuzindən ibarət kortej keçib.
“Türkiyə nümayəndə heyəti çərşənbə axşamı Nyu-York polisi tərəfindən dayandırılıb və prezident Rəcəb Tayyib Ərdoğan küçəni keçə bilənə qədər gözləməyə məcbur edilib”, videonun altında yazılıb.
"SkyNews"in məlumatına görə, kortejdə çox güman ki, ABŞ prezidenti Donald Tramp olub.
Oxşar hadisə daha əvvəl Fransa prezidenti Emmanuel Makronla da olmuşdu. Onun avtomobili küçələrdə ABŞ prezidenti Donald Trampın kortejini gözləyən polis kordonu tərəfindən saxlanılaraq Fransa liderini piyada getməyə məcbur edib.



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər