10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Rubio etiraf edib ki, ABŞ Ukraynada nizamlanmaya kömək etməyi dayandıra bilər
Tarix: 23-09-2025 20:57 | Bölmə: Dünya

Vaşinqton Ukrayna münaqişəsinin həllinə yardımını dayandıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio NBC News-ə müsahibəsində bildirib.
Dövlət katibi ABŞ-ı dünyada münaqişənin hər iki tərəfi ilə danışa bilən yeganə ölkə adlandırıb. O qeyd edib ki, Vaşinqtonun rolu hər kəs tərəfindən müsbət qarşılanır.
TASS xəbər verir ki, Rubio deyib: "Bu və ya digər məqamda biz bu rolu oynamağı dayandıra bilərik".
ABŞ dövlət katibi daha əvvəl bəyan edib ki, BMT öz missiyasını yerinə yetirməkdə acizdir və Ukrayna münaqişəsinin və digər böhranların, o cümlədən Qəzzanın həllində heç bir rol oynamır. Rubio vurğulayıb ki, məhz ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllini tapmağa çalışır.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər