10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Tramp Fələstinin tanınmasını HƏMAS-ın cinayətlərinə görə böyük mükafat adlandırıb
Tarix: 23-09-2025 20:36 | Bölmə: Dünya

Bəzi ölkələrin Fələstin dövlətçiliyini tanımaq qərarı yalnız HƏMAS-ı həvəsləndirir və Yaxın Şərqdə sülhə gətirib çıxarmır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
Amerika lideri vurğulayıb ki, Yaxın Şərqdə sülh istəyənlər bu cür tədbirlər əvəzinə Qəzza zolağında israilli girovların azad edilməsini tələb etməyə davam etməlidirlər.
“İndi sanki kimisə davam edən münaqişəyə görə mükafatlandırmaq üçün bu təşkilatın bəzi üzvləri (BMT – red.) birtərəfli qaydada Fələstin dövlətini tanımaq istəyir... Bu, HƏMAS-ı dəhşətli cinayətlərinə görə mükafatlandıracaq”, - Tramp çıxışı zamanı deyib.
Bundan əvvəl ABŞ prezidenti bəyan edib ki, Qəzza zolağında müharibə dərhal dayandırılmalı və bütün girovlar azad edilməlidir. O, Yaxın Şərqdə sülhə dair razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər