Bütün xəbərlər
Netanyahu Fələstini tanıyan ölkələrə cavab verməklə hədələyib
Tarix: 22-09-2025 08:48 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ölkə hakimiyyətinin Fələstini tanıyan ölkələrə gələn həftə cavab verəcəyini bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Netanyahunun vurğuladığına görə, Fələstin dövləti “heç vaxt qurulmayacaq”.
Onun müşaviri Dmitri Gendelman öz Telegram kanalında baş nazirin sözlərini sitat gətirib: "Torpağımızın mərkəzində bizə qarşı terror vəziyyətinin tətbiqinə son cəhdə cavab mən ABŞ-dan qayıtdıqdan sonra veriləcək. Sadəcə gözləyin".
İsrailin baş naziri bəyan edib ki, o, illərdir bu “terrorçu qurumun” yaradılmasının qarşısını almaq üçün daxili və xarici təzyiqlərə müqavimət göstərib.
Bundan əvvəl Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniyanın hakimiyyət orqanları Fələstin dövlətçiliyini tanıdıqlarını elan etmişdilər. Bundan başqa, Fransa prezidenti Emmanuel Makron ölkəsinin 22 sentyabr bazar ertəsi günü Fələstini tanıyacağını açıqlayıb.



Baxış sayı: 444


Bölməyə aid digər xəbərlər