Bütün xəbərlər
İsraildə Qəzzalı girovlarla bağlı kütləvi etirazlar yenidən başlayıb
Tarix: 21-09-2025 03:53 | Bölmə: Dünya

Kütləvi etirazların yeni dalğası İsrail şəhərlərini bürüdü.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qəzza zolağında girovların azad edilməsi tələbi ilə minlərlə insan küçələrə axışır.
Xüsusilə də Təl-Əvivdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.
"Minlərlə insan küçələrə çıxıb, ölkə hakimiyyətindən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini tələb edib", - TASS hadisə yerində olan müxbirinə istinadən xəbər verir.
Qeyd olunur ki, Tel-Əvivin şərqində hökumət binası kompleksi yaxınlığında toplaşan vətəndaşlar İsrailin baş naziri Binyamin Netanyahunun siyasətini sərt şəkildə tənqid ediblər. Onlar hesab edirlər ki, o, "Fələstin anklavında hərbi əməliyyatları gücləndirmək və təxminən iki il əvvəl Qəzzada oğurlanan israilliləri daha çox əzab çəkməyə məhkum etmək kursundadır".
Nümayişlər Netanyahunun iqamətgahı yaxınlığında Yerusəlimdə də keçirilib. Orada etirazçılar ABŞ prezidenti Donald Trampı müdaxilə etməyə çağırıblar.
Etirazlar İsrail baş nazirinin sentyabrın 16-da elan etdiyi Qəzzaya qarşı hərbi əməliyyatları bərpa etmək qərarından qaynaqlanır. Buna cavab olaraq Fələstinin Həmas hərəkatı 47 girovun görüntülərini və "onlarla vidalaşmaq" çağırışını yayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər