Bütün xəbərlər
Tramp Kabili Baqram aviabazasını ABŞ-a təhvil verməkdən imtina edərsə, onun nəticələri ilə hədələyib
Tarix: 21-09-2025 02:37 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Əfqanıstanın Baqram aviabazasını ABŞ-a təhvil verməkdən imtina etməsinin nəticələri ilə hədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Truth Social" sosial media platformasında yazıb.
“Əgər Əfqanıstan Baqram Hava Bazasını onu tikən insanlara – Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis hadisələr baş verəcək”, – Tramp xəbərdarlıq edib.
Sentyabrın 18-də Böyük Britaniyada mətbuat konfransı zamanı ABŞ prezidenti ABŞ hökumətinin Əfqanıstandakı Baqram aviabazasına nəzarəti bərpa etmək planlarını açıqlayıb. O, bu qərarın səbəblərindən biri kimi bazanın yerini, Çinin nüvə silahı istehsal etdiyi yerdən bir saatlıq uçuş məsafəsini göstərib.
İki gün sonra Tramp təsdiqlədi ki, ABŞ artıq Əfqanıstan hakimiyyəti ilə Baqramı Amerikanın nəzarətinə qaytarmaq barədə danışıqlar aparır.
Kabil isə fərqli mövqe sərgiləyib. Əfqanıstan Xarici İşlər Nazirliyi rəhbərinin müşaviri Zakir Cəlalın sözlərinə görə, ölkə öz ərazisində başqa dövlətlərin, o cümlədən Amerikanın hərbi mövcudluğunu qəbul etmir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər