Bütün xəbərlər
İsrail ordusu Livanda Hizbullahın silah istehsalçısını öldürüb
Tarix: 15-09-2025 09:53 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın 14-də Livanın cənubundakı Nabatieh bölgəsinə zərbələr endirib və Hizbullah üzvü Məhəmməd Əli Yasini öldürüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İDF Mətbuat Xidmətinin Telegram kanalında məlumat verilib.
İDF-nin məlumatına görə, Yasin Livanda Hizbullah üçün silahların hazırlanması və istehsalı ilə məşğul olub. Onun fəaliyyəti İsrail hakimiyyəti tərəfindən ölkə ilə Livan arasında razılaşmaların pozulması kimi qiymətləndirilib.
“İD Livanın cənubundakı Nəbatieh bölgəsində “Hizbullah” terrorçusu Məhəmməd Əli Yasini vuraraq öldürüb”, - deyə, məlumatda bildirilir.
İsrail ordusunun nümayəndələri vurğulayıblar ki, İsrail ordusu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək.
Bundan əvvəl Rusiyanın BMT nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsrailin Qətərə zərbələr endirməsi fonunda Qəzza zolağına humanitar yardımın çatdırılmasına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa çağırıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər