Bütün xəbərlər
Husilər Təl-Əvivə “Hipersonik ballistik raket”lə hücum etdiklərini bildiriblər
Tarix: 13-09-2025 10:46 | Bölmə: Dünya

Yəmənin Ənsar Allah hərəkatının sözçüsü Yəhya Sariya Husilərə məxsus Əl Məsirə telekanalında İsrailin Tel-Əviv şəhərində bir neçə hədəfə qarşı "hipersəs ballistik raket" atıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərəkatın sözçüsünün bildirdiyinə görə, əməliyyatın məqsədlərinə uğurla nail olunub.
“Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfi vuran çoxsaylı döyüş başlığına malik “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat həyata keçirib”, - deyə, Saria bildirib.
Sentyabrın 10-da İsrail Hərbi Hava Qüvvələri Yəmənə zərbələr endirib. Husilərin Səhiyyə Nazirliyi İsrailin Yəmənin paytaxtı Səna və Əl-Cəvf vilayətinə hücumu nəticəsində 9 nəfərin öldüyünü, 118 nəfərin yaralandığını bildirib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər