Bütün xəbərlər
BMT Təhlükəsizlik Şurasının üzvləri Qətərə hava hücumlarını pisləyib
Tarix: 11-09-2025 22:39 | Bölmə: Dünya

BMT Təhlükəsizlik Şurası Qətər ərazisinə endirilən zərbələri pisləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rəsmi birgə məlumatda deyilir. Bununla belə, Təhlükəsizlik Şurası hücuma görə məsuliyyət daşıyan ölkənin adını açıqlamayıb.
Həmçinin Böyük Britaniyanın BMT-dəki missiyası vasitəsilə X sosial şəbəkədə yayılan sənəddə Qətərin suverenliyinə dəstək ifadə olunub.
"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin ərazisi olan Dohaya sentyabrın 9-da endirilən zərbələri pisləyiblər. Onlar insan itkisindən dərin təəssüf hissi keçiriblər", - nəşr yazır.
Diplomlarda BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırışlar edilib.
Sentyabrın 9-da Dohada bir neçə partlayış baş verib. İsrail Müdafiə Qüvvələrinin (IDF) həmin gün bəyan etdiyi kimi, zərbə Fələstinin Həmas təşkilatının rəhbərliyinə endirilib. Lakin İsrail hərbçiləri əməliyyatın dəqiq harada keçirildiyini açıqlamayıblar. İlkin məlumata görə, Qəzzada mümkün atəşkəslə bağlı danışıqların aparıldığı binaya hücum edilib.
Bundan əvvəl Pakistan və Əlcəzair Dohaya hücumla bağlı dünya təşkilatının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər