Bütün xəbərlər
London Tatarıstan baş nazirinin müavini Fazleyevanı sanksiyalar siyahısına əlavə edib
Tarix: 03-09-2025 14:42 | Bölmə: Dünya

Böyük Britaniya hakimiyyəti Tatarıstanın baş nazirinin müavini Leyla Fazleyevaya qarşı sanksiyalar tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd Britaniya Xəzinədarlığı tərəfindən hökumətin rəsmi saytında dərc olunub.
Sanksiyalar Tatarıstanın gənclərlə iş üzrə naziri Rinat Sadıkovu da əhatə edib. Yenilənmiş siyahıya ümumilikdə 11 fiziki və hüquqi şəxsin adı əlavə edilib.
Böyük Britaniya hökumətinin saytında deyilir: "Aşağıdakı şəxslər (sanksiyaların) birləşdirilmiş siyahısına əlavə edilib və indi aktivləri dondurulacaq və etibar xidmətlərinin göstərilməsi qadağan olunacaq".
Bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovaya məhdudiyyətlərin qoyulduğu bildirilirdi.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər