Bütün xəbərlər
NATO-nun mənzil-qərargahı Finlandiyada Rusiya sərhədlərindən 140 kilometr aralıda açılır
Tarix: 01-09-2025 18:51 | Bölmə: Dünya

NATO-nun Regional Komandanlığı Qərargahı Rusiya sərhədinin 140 kilometrliyində Finlandiyanın Mikkeli şəhərində öz qərargahını açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının saytında məlumat verilib.
Qərargahda təxminən 10 nəfərin çalışacağı, lakin onların sayının tezliklə 50-yə çatacağı qeyd edilir.
"NATO-nun yeni Şimal Quru Komponent Komandanlığı (Çox Korpus Quru Komponent Komandanlığı, MCLCC) 1 sentyabr 2025-ci il tarixində Finlandiya Ordusunun Baş Qərargahı ilə birlikdə Mikkelidə əməliyyatlara başlayıb", - məlumatda deyilir.
Bildirilir ki, komanda səviyyəsində şəxsi heyət Finlandiya da daxil olmaqla alyansa üzv ölkələrin nümayəndələrindən formalaşacaq. Sülh dövründə qərargah bölgədə təlim tədbirlərinin planlaşdırılması və təşkili ilə məşğul olacaq.
Mikkelidə NATO-nun quru qoşunlarının qərargahının yaradılması 2024-cü ilin sentyabrında elan edilib. Finlandiya qüvvələrinin komanda məntəqəsinin bu ərazidə yerləşdiyi dəqiqləşdirilib.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər