Bütün xəbərlər
Əfqanıstan hakimiyyəti zəlzələdən sonra Rusiyadan kömək istəyib
Tarix: 01-09-2025 18:30 | Bölmə: Dünya

Əfqanıstan ölkənin mərkəzi və şərq əyalətlərində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Rusiyadan kömək istəyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
Hazırda Əfqanıstandan gələn müraciət fövqəladə xidmətlər tərəfindən nəzərdən keçirilir, Kabulov RİA Novosti ilə söhbətində bildirib.
“Biz onlarla əlaqə saxlamışıq, bizim Fövqəladə Hallar Nazirliyimiz bununla bağlı işləyir”, - o izah edib.
"Tolo" xəbər portalı yeraltı təkanlar barədə bazar ertəsi, sentyabrın 1-də məlumat yayıb. Zəlzələnin maqnitudası 6,0 bal təşkil edib. Yeraltı təkanların mərkəzi Kunar əyalətində olub. Ən çox zərər çəkən Nurqal, Tsavkay, Vatapur, Manuqay və Çapa-Dara rayonlarıdır. İlkin məlumatlara görə, üç minə yaxın insan yaralanıb, 800-dən çox adam ölüb.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər