Bütün xəbərlər
Cənubi Koreya prezidenti Trampa MAGA papaq və qolf klubu hədiyyə edib
Tarix: 26-08-2025 17:52 | Bölmə: Dünya

Koreya Respublikasının Prezidenti Li Çje Myunq Amerika lideri Donald Trampa kovboy papağı, fərdiləşdirilmiş qolf klubu və Koreya gəmisinin maketi hədiyyə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti Cənubi Koreya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.
Hədiyyə bazar ertəsi ABŞ prezidenti ilə baş tutan sammitin xatirəsinə edilib.
İki papaq verildiyi bildirilir. Biri qırmızı rəngdə idi, Amerikanı yenidən möhtəşəm et ("Make America great again", - Red.) yazısı ilə. Digər papaq isə ABŞ-ın birinci xanımı üçün idi.
Bundan əvvəl Tramp Ağ Evdə cənubi koreyalı həmkarı ilə danışıqlar zamanı yeni ticarət sazişinin şərtləri ilə bağlı razılığa gəldiyini bildirmişdi.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər