Bütün xəbərlər
Boliviya prezidentliyinə namizəd Rusiya və Çinlə müqavilələri ləğv etməyi planlaşdırır
Tarix: 26-08-2025 15:30 | Bölmə: Dünya

Boliviya prezidentliyinə namizəd Xorxe Quiroqa seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin Rusiya və Çinlə litium ehtiyatlarının işlənməsi üzrə əsas müqavilələrinə xitam vermək niyyətində olduğunu açıqlayıb.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçinin bəyanatına istinadən "France Presse" agentliyi məlumat yayıb.
Boliviya prezidentliyinə namizəd iddia edir ki, seçiləcəyi təqdirdə Rusiya və Çin şirkətləri ilə bütün çox milyardlıq müqavilələri ləğv edəcək.
Quiroqa həmçinin əmindir ki, ölkə xarici siyasətini kökündən yenidən nəzərdən keçirməlidir.
Moskva qarşıdan gələn prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Boliviya ilə ikitərəfli münasibətlərin inkişafına konstruktiv yanaşmanı davam etdirəcəyini gözləyir, Rusiyanın bu ölkədəki səfiri Dmitri Verçenko qeyd edib. Xorxe Quiroqa və Rodriqo Paz Pereyra səsvermənin ikinci raunduna keçiblər. Hər ikisi ölkənin hazırkı inkişaf modelini kökündən dəyişmək niyyətində olduqlarını bəyan ediblər.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər