Bütün xəbərlər
Merz Putin və Zelenski danışıqlarının nəticəsiz qalacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib
Tarix: 26-08-2025 15:02 | Bölmə: Dünya

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinlə Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında görüş baş tutmayacağı təqdirdə Rusiyanı daha sərt sanksiyalarla hədələyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Kanadanın baş naziri Mark Karni ilə "Reuters" agentliyinin yayımladığı birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Almaniya və Kanada rəhbərliyi danışıqların yaxın iki həftə ərzində baş tutacağını gözləyir.
"Bu halda (danışıqların pozulması) Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti (Donald Tramp) da əlavə cəzaların tətbiqini istisna etməyib", - o, brifinqdə deyib.
Kansler xatırladıb ki, Putin və Zelenski arasında görüş baş tutmasa, Tramp ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli sammit təşkil etməyi təklif edib.
Daha əvvəl Almaniyanın vitse-kansleri və federal maliyyə naziri Lars Klinqbeyl bəyan etmişdi ki, Almaniya Ukraynaya dəstəyi davam etdirmək niyyətində sarsılmazdır.



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər