Bütün xəbərlər
Fransa Rusiya idmançısı Kasatkinin ekstradisiyası üçün ABŞ-dan sorğu alıb
Tarix: 25-08-2025 18:03 | Bölmə: Dünya

Paris hava limanında saxlanılan rusiyalı basketbolçu Daniil Kasatkinin vəkili Frederik Belot bildirib ki, ABŞ idmançının ekstradisiyası üçün Fransaya sənədlər göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kasatkin iyunun 21-də Parisin "Ruasi - Şarl de Qoll" hava limanında kibercinayətlərdə şübhəli bilinərək ABŞ-ın tələbi ilə saxlanılıb.
“Prokurorluğun məlumatına görə, Amerika hakimiyyət orqanlarının ekstradisiya tələbi avqustun 19-da Fransa Xarici İşlər Nazirliyinə daxil olub”, - TASS Belotun sözlərindən sitat gətirir.
Xatırladaq ki, Amerika hökuməti rusiyalı basketbolçudan kibercinayətlərdə şübhələnir. O, ABŞ-ın iki federal agentliyi də daxil olmaqla 900 şirkətə hücum etmək üçün ransomware proqramından istifadə edən haker qrupunda iştirak edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Parisdəki səfirliyinin basketbolçu Daniil Kasatkinin saxlanılması ilə bağlı vəziyyəti araşdırdığını bildirib. Vəkili də öz növbəsində basketbolçunun “dəmir alibi” olduğunu vurğulayıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər