Bütün xəbərlər
Aİ ABŞ-dan hərbi və müdafiə texnikası alışını artırmağı planlaşdırır
Tarix: 21-08-2025 17:15 | Bölmə: Dünya

Avropa İttifaqı (Aİ) ABŞ-dan hərbi və müdafiə texnikası alışını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ və ABŞ-ın birgə bəyanatında deyilir.
Qeyd olunur ki, bu, müdafiə sənayesində transatlantik əməkdaşlığın dərinləşdirilməsinin ümumi strateji prioritetini əks etdirir.
Avropa Komissiyasının saytında dərc olunmuş sənəddə deyilir: “Bu öhdəlik NATO-nun qarşılıqlı fəaliyyətinin gücləndirilməsi və Avropa müttəfiqlərinin mövcud olan ən qabaqcıl və etibarlı müdafiə texnologiyaları ilə təchiz edilməsinin birgə strateji prioritetini əks etdirir.
Həmçinin saziş çərçivəsində Avropa İttifaqı öz hesablama mərkəzləri üçün Amerika çipləri almaq niyyətindədir. Ümumi məbləğ ən azı 40 milyard dollar olacaq.
İyulda iqtisadçı və Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov qeyd etmişdi ki, ABŞ Aİ ölkələrinə lazımi miqdarda silahı tez bir zamanda ötürə bilməyəcək.Onun fikrincə, ABŞ Avropanın ehtiyacı olduğu qədər hərbi texnikaya malik deyil.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər