18:13 / 20-08-2025
İki alpinist həlak olub
Bütün xəbərlər
Filippo: "Makron Ukraynaya qoşun göndərməyə haqq qazandırmaq üçün Rusiyanı şeytan edir"
Tarix: 20-08-2025 18:19 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron Ukraynaya fransız qoşunlarının göndərilməsinə haqq qazandırmaq üçün Rusiyanı “super şeytanlaşdırır” Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Patriotlar partiyasının lideri Florian Filippo deyir.
Bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
"Makron, ictimai rəyi Ukraynaya fransız qoşunlarının göndərilməsinin zəruriliyinə inandırmaq üçün Rusiyanı super şeytanlaşdırır", - siyasətçinin bəyanatında deyilir.
Filippo eyni zamanda Fransa prezidentinin qorxu və yalana əsaslanan siyasətinin Avropa İttifaqının maraqlarına xidmət etdiyini bildirib.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Almaniya, Fransa və Böyük Britaniya liderləri münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməyə hazır olduqlarını təsdiqləyiblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin Çin, ABŞ, İngiltərə və Fransa kimi ölkələrin iştirakı ilə bərabər əsaslarla təmin edilməsi ilə razılaşır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər