18:13 / 20-08-2025
İki alpinist həlak olub
Bütün xəbərlər
Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını səkkiz maddə ilə genişləndirib
Tarix: 20-08-2025 17:57 | Bölmə: Dünya

Britaniya Xəzinədarlığı bildirir ki, Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar çərçivəsində beş təşkilat və iki şəxsə məhdudiyyətlər qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısına daha səkkiz maddə əlavə edib. Siyahıya Mərkəzi Asiya Qırğızıstan Kapital Bankı, eləcə də onun Qırğızıstan vətəndaşı olan direktoru Kantemir Çalbayev daxildir. Bundan başqa, bu ölkənin daha bir vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısında Londonun “A7A5 layihəsi”nin rəhbəri adlandırdığı Rusiya vətəndaşı Leonid Şumakov da var. Britaniyanın “Financial Times” qəzetinin məlumatına görə, bir neçə ay ərzində Qırğızıstanda satışa çıxarılan rublla sabitlənmiş A7A5 stabilkoinindən 9,3 milyard dollar keçib.
Lüksemburq şirkəti Altair Holding və Qırğızıstanın Tengricoin, Grinex və Old Vector şirkətlərinə də sanksiya tətbiq edilib.
Rusiya tərəfi 21 Britaniya vətəndaşına qarşı cavab sanksiyaları tətbiq edib.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanı yeni sanksiyalarla hədələyib, bu barədə o, NBC News-a müsahibəsində bildirib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər