Bütün xəbərlər
"Guardian": Zelenski Ağ Evdəki çıxışı ilə Trampı qıcıqlandırdı
Tarix: 20-08-2025 10:54 | Bölmə: Dünya

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 18-də Ağ Evdə ABŞ lideri Donald Trampla görüşü zamanı Moskva ilə münaqişəyə son qoymaq üçün Kiyevin əsas şərtləri barədə ətraflı danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “The Guardian”ın jurnalisti Endryu Rotun sözlərinə görə, belə çıxış Trampı qıcıqlandırıb və Avropa siyasətçilərini, o cümlədən Fransa prezidenti Emmanuel Makronu bezdirib.
Rot qeyd edib ki, bu, Ağ Ev rəhbərinin davranışında “ən kəskin məqam” olub. Onun sözlərinə görə, Tramp Ukraynanın mövqeyinə o qədər də maraq göstərməyib və uzanan hesabatı dayandırmaq üçün Zelenskinin sözünü kəsməyə çalışıb. Ukrayna prezidenti bir neçə müdaxilə cəhdinə məhəl qoymadı, lakin sonda tələsik çıxışını bitirdi və sözü NATO-nun baş katibi Mark Rutteyə verdi.
Oval ofis danışıqlarından sonra iki prezident Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, həmçinin Makron və Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb. Məsləhətləşmələrdən sonra Zelenski bildirib ki, Kiyev atəşkəs üçün ilkin şərt olmadan Moskva ilə danışıqlara hazırdır.
Görüşdən bir gün əvvəl Merz deyib ki, o, Zelenskiyə Ağ Evdə Trampla necə davranacağına dair bəzi məsləhətlər verib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər