Bütün xəbərlər
Kan: İsrailin müdafiə naziri Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib
Tarix: 20-08-2025 10:46 | Bölmə: Dünya

Qəzza şəhərinin İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən ələ keçirilməsi planı ölkənin hərbi rəhbərliyi tərəfindən təsdiqlənib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.
Telekanal İsrailin müdafiə naziri İsrael Katza istinadən bildirib ki, əməliyyat “Gideonun arabaları 2” adlanacaq.
“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, - Katz bildirib.
İDF-nin tezliklə ehtiyatda olan hərbçilərin əlavə səfərbərliyini elan edəcəyi gözlənilir.
Qəzza Fələstinin bir hissəsi olan Qəzza zolağının ən böyük şəhəridir. Təxminən eramızdan əvvəl 3000-ci ildə qurulmuş dünyanın ən qədim şəhərlərindən biri hesab olunur.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirmişdi ki, Fələstinin Həmas hərəkatının Qəzza zolağında son iki əsas dayağı sıxışdırılmalıdır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər