Bütün xəbərlər
Makron Putin və Zelenski arasında görüş üçün yer kimi İsveçrəni təklif edib
Tarix: 19-08-2025 12:22 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi İsveçrənin Cenevrəsini təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Makron 2019-cu ildə olduğu kimi Parisdə görüş ehtimalını rədd edib.Onun sözlərinə görə, hazırda vəziyyət "başqa fazada"dır, ona görə də neytral ölkə tapmaq lazımdır.
"Bəlkə İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə, İstanbulda keçirilib", - Makron TF1 telekanalına müsahibəsində deyib.
O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp və Zelenski arasında Vaşinqtonda keçirilən görüşdə Rusiya və Ukrayna arasında yüksək səviyyəli ikitərəfli təmasların mümkünlüyü müzakirə edilib, bunun ardınca ABŞ-ın iştirakı ilə üçtərəfli görüş və daha geniş ölkələrin iştirakı ilə çoxtərəfli görüş keçirilməlidir.
Bazar ertəsi, avqustun 18-də Tramp, Zelenski və Avropa İttifaqı liderləri Ağ Evdə görüşüblər. Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olub. İclasda NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Böyük Britaniyanın baş naziri Key Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb və İtaliyanın baş naziri Giorgio Meloni iştirak ediblər.
Avropa liderləri ilə danışıqlardan əvvəl Amerika lideri və Kiyev rejiminin rəhbəri Oval kabinetdə şəxsi görüş keçirib.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər