Bütün xəbərlər
WP: Trampın Zelenski və Aİ liderləri ilə zəngi əvvəlkindən daha gərgin idi
Tarix: 16-08-2025 20:52 | Bölmə: Dünya

Rusiya prezidenti Vladimir Putinlə sammitdən sonra ABŞ prezidenti Donald Tramp Kiyev rejiminin başçısı Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığı aparıb və bu, "Washington Post"un yazdığına görə, gərgin atmosferdə keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Zelenski müzakirə faktını təsdiqləyib, həmçinin avqustun 18-də Amerika prezidenti ilə şəxsi görüş üçün Vaşinqtona səfər edəcəyini açıqlayıb.
“Trampın Zelenski və Avropa liderlərini sammitlə bağlı məlumatlandırmaq çağırışı... bu həftənin əvvəlində avropalılarla Tramp arasında baş tutan telefon danışığından daha gərgin olub”, – nəşr yazır.
Avqustun 13-də Tramp, Zelenski və Almaniya kansleri Fridrix Merzin iştirak etdiyi videokonfransdan məlum olub.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər