Bütün xəbərlər
Merz: "Aİ Ukraynadakı nizamlamada özünü çox qiymətləndirməməlidir"
Tarix: 16-08-2025 20:50 | Bölmə: Dünya

Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa Ukrayna münaqişəsinin həllində öz rolunu çox qiymətləndirməməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  kansler ABŞ-ın bu prosesdə həlledici rol oynayacağını vurğulayıb.
"Artıq danışıqlar başlayıb. Bazar ertəsi davam edəcək. Və təbii ki, avropalılar da öz rolunu oynayacaqlar. Amma biz də özümüzü çox qiymətləndirməməliyik" deyən Merz ZDF telekanalına müsahibəsində "Avropanın birliyi vacibdir" deyib.
Avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutub.
Alyaskada Rusiya-Amerika sammitindən sonra Amerika prezidenti Vladimir Zelenski ilə danışdıqdan sonra NATO liderlərinə bir sıra telefon zəngləri edib. Tramp bəyan edib ki, Ukraynada sülh yolu ilə nizamlanmanın gələcək perspektivləri indi Kiyev və Avropa ölkələrinin mövqeyindən asılıdır.



Baxış sayı: 274


Bölməyə aid digər xəbərlər