Bütün xəbərlər
Vuçiç Serbiyada keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirib
Tarix: 13-08-2025 16:41 | Bölmə: Dünya

Serbiyanın rəhbəri Aleksandr Vuçiç prezidentliyə namizədliyini irəli sürməyəcəyinə və ölkə konstitusiyasını dəyişdirməyəcəyinə söz verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Avstriyanın federal kansleri Kristian Ştokerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Bundan başqa, o, növbədənkənar parlament seçkilərinin keçirilməsinə icazə verib.
"Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün konstitusiyaya dəyişiklik etmək heç vaxt ağlıma gəlməzdi", - Vuçiç deyib.
Serbiyada növbəti prezident seçkiləri 2027-ci ilin aprel ayına təyin edilib.Hazırkı Serbiya liderinin səlahiyyət müddəti hələ il yarım qüvvədədir.
Vuçiç daha əvvəl ölkənin yeni baş naziri Djuro Macutun bir sıra rusiyayönlü siyasətçiləri istefaya göndərməyi planlaşdırdığı barədə xəbərləri axmaq adlandırmışdı. Onun sözlərinə görə, Serbiya anti-Rusiya sanksiyaları tətbiq etmək niyyətində deyil.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər