20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Modi Zelenskiyə münaqişənin tezliklə həllinin vacibliyini xatırladıb
Tarix: 11-08-2025 20:41 | Bölmə: Dünya

Hindistanın baş naziri Narendra Modi telefon danışığı zamanı Vladimir Zelenskiyə Ukraynadakı münaqişənin tezliklə həllinin vacibliyini xatırladıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Hindistan hökumətinin başçısı sosial şəbəkədə yazıb.
Modinin sözlərinə görə, Yeni Dehli Kiyevlə əlaqələri gücləndirmək kursunu davam etdirir.
Modi Zelenski ilə söhbətindən sonra yazıb: “Mən Hindistanın münaqişənin tezliklə və sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı ardıcıl mövqeyini açıqladım”.
Avqustun 8-də Modi telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinlə Ukrayna böhranını müzakirə etdiyini bildirib. Hindistanın baş naziri “dostu prezident Putin”lə söhbəti “çox yaxşı və hərtərəfli” adlandırıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər