20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Tramp bildirib ki, Alyaskada Putinlə görüş böyük ehtimalla ilkin xarakter daşıyacaq
Tarix: 11-08-2025 20:18 | Bölmə: Dünya

Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüş çox güman ki, gələcək danışıqlar üçün hazırlıq mərhələsi olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, Rusiya lideri Ukrayna münaqişəsinin mümkün həllində “iştirak etməyə dəvət edib”.
"Bu, əslində (boşluqları) doldurmaq üçün bir görüş olacaq" dedi Tramp Ağ Evdə mətbuat konfransı zamanı.
Amerika lideri həmçinin bildirib ki, Rusiyanın mövqeyini öyrənmək üçün Rusiya prezidenti ilə görüş lazımdır. Onun sözlərinə görə, Putinlə ünsiyyətin ilk iki dəqiqəsində o, Rusiya prezidentinin Ukraynada sülhə hazır olub-olmadığını anlayacaq.
Bundan əvvəl Rusiya və ABŞ hakimiyyəti Putin və Trampın avqustun 15-də Alyaskada görüşəcəyini açıqlamışdı.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, ölkə liderləri qarşıdakı söhbət zamanı əsas diqqəti Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasının müzakirəsinə yönəldəcəklər. Uşakov həmçinin Putinlə Trampın Alyaskadan sonra növbəti görüşünün Rusiya ərazisində baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Amerika liderinə müvafiq dəvətnamə verilib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər