20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Meksika prezidenti Medvedevin muzdlular haqqında dediyi sözlərə: Bizdə məlumat yoxdur
Tarix: 11-08-2025 20:14 | Bölmə: Dünya

Meksika hakimiyyətinin Ukraynadakı münaqişədə yerli kartellərdən olan yaraqlıların iştirakı ilə bağlı məlumatı yoxdur, bu barədə ölkə prezidenti Klaudiya Şeynbaum Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatını şərh edərkən bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Medvedev bundan əvvəl Telegram kanalında məlumat vermişdi ki, Kiyev panikaya düşür və Kolumbiya və Meksika kartellərindən silahlıları cəbhəyə cəlb edir. O, narkotik cinayətləri haqqında reportajlar və seriallarla bütün dünyada tanınan Gulf Clan, Sinaloa və Jalisco kartellərini xatırladıb.
Şeynbaum mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib: “Bizim bu barədə heç bir məlumatımız yoxdur".
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədri narkotik muzdluları məhv etmək üçün antiterror əməliyyatı çərçivəsində Kiyevə ABŞ xüsusi təyinatlılarının göndərilməsini təklif edib. O, bu təkliflə Amerika lideri Donald Trampın Latın Amerikasında narkotik kartellərinə qarşı zərbələr hazırlamaq əmrini şərh edərkən çıxış edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər